Qarabağa Ermənistandan silah daşınmasından sonra Xankəndidə aktivlik başlayıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, dünən qondarma rejimin “təhlükəsizlik şurası”nın təcili “iclas”ından sonra bu gün “dövlət naziri” Qurgen Nersisyan bütün“mülki müdafiə xidmətləri” və “rayon başçılarının toplantısını” təşkil edib.
Nersisyan görüş zamanı mülki müdafiə üçün qısamüddətli və uzunmüddətli fəaliyyət planının hazırlanması gərəkdiyini bildirib. Üstəlik, sığınacaqların vəziyyəti haqqında hesabatı dinləyib və daha sonra yerli əhalinin köməyi təcili görülməli olacaq işlərin siyahısını təqdim edib.
Bununla belə, separatçıların “rəhbər” şəxsi “mülki müdafiə işçilərinin” niyə təcili toplanılmasına aydınlıq gətirməyib.
Qeyd edək ki, bundan öncə Ermənistandan Rusiya sülhməramlıları vasitəsilə Xankəndinə növbəti silah daşınmasının görüntüsü yayılıb. Azərbaycan tərəfi görüntünü yaydıqdan sonra prosesi kəskin şəkildə tənqid edib və özünün təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcəyini açıqlayıb. Bakının bu bəyanatından az sonra qondarma rejimin “rəhbərliyi” “təhlükəsizlik şurası”nın iclasını çağırıb.
- Arakçı Qətər və Pakistan rəsmiləri ilə regionu müzakirə etdi
- Türkiyədə ardıcıl zəlzələ oldu
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident
- Tahir Gözəl və Qurbanov “Sabah”ı alqışlayır - Video
- Hörmüz boğazı İranın mülkiyyətidir - Arif
- İranı Qərbi Azərbaycan vasitəsilə... - SEPAH