Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarda aparılmış müstəqil yerində araşdırmanın nəticələrinə dair hesabat hazırlayıb.
Bu barədə BUTA.TV-a Ombudsman Aparatından məlumat verilib.
S.Əliyeva Ermənistanın Azərbaycanlılara qarşı etnik nifrət zəminində həyata keçirdiyi siyasət nəticəsində beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması işini davam etdirir.
Məlumdur ki, Birinci Qarabağ müharibəsi dövründə (1988-1994-cü illər) Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılara qarşı çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədilib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədn Xocəvənd rayonunun Edilli kəndində müxtəlif ağır işgəncələrlə qətlə yetirilmiş şəxslərin cəsədlərinin təhqir edilərək qeyri-insani formada dəfn edildiyi kütləvi məzarlıqların aşkar olunmması faktı bunu bir daha təsdiq edir.
Bununla əlaqədar Ombudsmanın faktaraşdırıcı missiyası çərçivəsində Ombudsman Aparatının əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup tərəfindən Edilli kəndindəki kütləvi məzarlıqlarda müstəqil şəkildə yerində araşdırma həyata keçirilib və aparmış monitorinq zamanı toplanmış təkzibolunmaz faktları özündə əks etdirən hesabat hazırlanıb.
Azərbaycanlılara qarşı kəskin etnik nifrətə əsaslanan çoxsaylı ağır cinayət əməllərinin törətməsində təqsirkar olan Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunmuş şəxslərin beynəlxalq ədalət mühakiməsinə cəlb olunması istiqamətində effektiv beynəlxalq hüquqi tədbirlərin görülməsi ilə bağlı hesabatda dolğun faktlar toplanmışdır.
Hesabatın sonunda beynəlxalq təşkilatlara Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, hələ də sağ qalanların ölkəmizə təhvil verilməsi, əsir-girovluqda olduğu dövrdə qətlə yetirilən şəxslərin kütləvi şəkildə dəfn edildiyi yerlərin, habelə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim olunması, eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə hüquqi məsuliyyət müəyyən edən təxirəsalınmaz tədbirlərin görülməsi üçün qəti mövqe nümayiş etdirilməsi barədə müraciət edilib.
Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara ünvanlanıb.
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video
- Qorxurlar ki, İlham Əliyevi “İlin adamı” seçsələr...