Dünyanın ən böyük turist bazarı olan Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur.
BUTA.TV xəbər verir ki, bu, Çinin Mədəniyyət və Turizm Nazirliyinin xaricə qrup turist səfərlərinin təşkili üçün təyinat məntəqlərinin sayının çoxaldılması ilə bağlı növbəti qərarından sonra mümkün olub. Martın 15-dən qüvvəyə minəcək qərara əsasən, turizm agentlikləri Fransa, İspaniya, İtaliya, Braziliya kimi populyar turizm təyinat məntəqələri daxil olmaqla 40 ölkəyə, o cümlədən Azərbaycana qrup turist səfərləri təşkil edə biləcək.
Çinin populyar onlayn səyahət platforması olan “Tongcheng Travel”in məlumatına əsasən, nazirliyin qərarı elan olunandan sonra sözügedən ölkələrə səyahət üçün axtarışlar 77 faiz, viza müraciətləri isə 4 dəfə çoxalıb.
Qeyd edək ko, Çindən xaricə qrup turist səfərləri 2020-ci ilin əvvəlindən COVİD-19 pandemiyası səbəbindən dayandırılıb.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...