AB Moldovanın Rusiyanın zərərli müdaxiləsinə müqavimət göstərmək qabiliyyətini artırmağa kömək edir.
BUTA.TV xəbər verir ki, bunu AB Xarici İşlər Nazirliyinin sözçüsü Peter Stano deyib.
"Son aylarda Moldovanın Rusiyanın daxili işlərə müdaxilə, dezinformasiya, kiberhücumlar kimi bədxah fəaliyyətlərinin hədəfinə çevrildiyini gördük. Bunun məqsədi aydındır: Moldovanın Avropa istəklərinə qarşı olaraq ölkədəki sabitliyi pozmaqdır. Biz, eyni zamanda, Moldovanın bu təhdid və çağırışlarla üz-üzə qalmağa qadir olduğuna əminik və biz Moldovanın enerji təhlükəsizliyi, müdafiə və təhlükəsizlik sahəsində dayanıqlığını gücləndirməkdə, makromaliyyə dəstəyi göstərməkdə davam edirik. Bütün bunları AB Moldovanın Rusiyanın bu zərərli müdaxiləsinə müqavimət göstərmək qabiliyyətini gücləndirmək üçün edir", - Stano qeyd edib.
- Ukrayna ordusu bu ərazini azad etdi
- Bu gün “Sabah”dır! - Fotolar
- Bizi alman edən qanımız deyil - Prezident
- Tahir Gözəl və Qurbanov “Sabah”ı alqışlayır - Video
- Hörmüz boğazı İranın mülkiyyətidir - Arif
- İranı Qərbi Azərbaycan vasitəsilə... - SEPAH
- Putin Mehriban Əliyevanı təbrik etdi
- İran və Oman Hörmüzlə bağlı razılığa gəldi