Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir. 93 gündür davam edən haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz.
BUTA.TV xəbər verir ki, hazırda Laçın-Xankəndi yolunda aksiya iştirakçılarının fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.
- Naxçıvanda bir ailənin 6 üzvü qazdan zəhərləndi: ölən var
- Məleykə Abbaszadə hansı məşhurun gəlini olub?
- Daha bir maye qazdoldurma məntəqəsi bağlandı - Video
- İlhamiyyə Rza televiziya karyerasını bitirdi
- Yol polisindən sürücülərə müraciət
- Keçmiş rəis qəfil öldü - Foto
- Qar yarım milyonluq sığorta zərərinə səbəb oldu
- Bu yolda sürət həddi endirildi