Mingəçevir su anbarına daxil olan suyun nizamsız olaraq çayın aşağı axınına və magistral kanallara verilməsi yay aylarında kənd təsərrüfatı bitkilərinin intensiv suvarılması dövründə çox ciddi çətinliklər yarada bilər. Hazırda çayın mənsəbində yerləşən rayonlara suyun verilməsində qısa müddət ərzində yaranmış çətinliklər aradan qaldırılır.
BUTA.TV xəbər verir ki, bu barədə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.
O bildirib ki, son günlər Mingəçevir su anbarına saniyədə orta hesabla 240 kubmetr (500-600 kubmetr gözlənildiyi halda) su daxil olur və su anbarından Kür çayına 120 kubmetr, eyni zamanda, Yuxarı Qarabağ kanalına 70 kubmetr və Yuxarı Şirvan kanalına 41 kubmetr suyun buraxılması təmin olunur:
“Mingəçevir su anbarından aşağıda, Kür çayı boyunca 12 rayonun ərazisində 252 ədəd nasos stansiyası vasitəsilə 248 min hektar, Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının xidməti ərazilərində 250 min hektar, ümumilikdə, 500 min hektara yaxın əkin sahələrinin suvarılması ilə yanaşı, əhalinin kommunal-məişət ehtiyaclarının, içməli su məqsədilə modul tipli su təmizləyici qurğulara və mal-qaraya suyun verilməsi təmin edilir.
Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
Mingəçevir su anbarı bir mövsümlük deyil, çoxillik nizamlanan su anbarı olduğundan su anbarına yığılan və ondan verilən sular bir neçə ili əhatə edən dövr ərzində nizamlanmalıdır. Suyun bölüşdürülməsi aidiyyəti qurumlar tərəfindən koordinasiyalı şəkildə idarə edilir. Su anbarına daxil olan suyun nizamsız olaraq çayın aşağı axınına və magistral kanallara verilməsi yay aylarında kənd təsərrüfatı bitkilərinin intensiv suvarılması dövründə çox ciddi çətinliklər yarada bilər. Hazırda çayın mənsəbində yerləşən rayonlara suyun verilməsində qısa müddət ərzində yaranmış çətinliklər aradan qaldırılır”.
- “Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı
- Qusarda qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu
- Sabah hava necə olacaq?
- 66 yaşında yüksək vəzifəyə təyin olundu - Foto
- Naxçıvanda bir ailənin 6 üzvü qazdan zəhərləndi: ölən var
- Məleykə Abbaszadə hansı məşhurun gəlini olub?
- Daha bir maye qazdoldurma məntəqəsi bağlandı - Video
- İlhamiyyə Rza televiziya karyerasını bitirdi