Dəhliz haqqında heç vaxt heç nə deməmişəm. Şəxsən Paşinyan haqqında danışmışam və danışacağam. O, erməni xalqına xəyanət edib, sata biləcəyi bütün erməni maraqlarını satıb. Sata bilmədiklərini də satacaq. O, Rusiyaya nifrət edir və Putini aldadır.
BUTA.TV xəbər verir ki, bu sözləri “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Ermənistan Baş naziri Nikol Paşinyanın sözlərinə cavabında deyib.
O bildirib ki, məhz bu sözlərinə görə onun Ermənistana girişi qadağan edilib.
Simonyan əlavə edib ki, bu qadağa onu elə də narahat etmir.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
Qeyd edək ki, erməni jurnalistlər Aram Qabrelyanov və Marqarita Simonyan, habelə rusiyalı siyasətçi Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub. Onlar arzuolunmaz şəxslər siyahısına salınıblar.
Ötən gün isə bu qadağa barədə danışan Paşinyan bildirib ki, Ermənistanın özünə hörmət gözləmək hüququ var və İrəvanın dəhliz söz verməsi, bunu təmin etməli olduğunu deyənlər məhz arzuolunmaz şəxslər siyahısına daxil ediliblər.
- Kanada ABŞ məhsullarına 50 faizlik rüsum tətbiq edəcək
- İranı Qərbi Azərbaycan vasitəsilə... - SEPAH
- Putin Mehriban Əliyevanı təbrik etdi
- İran və Oman Hörmüzlə bağlı razılığa gəldi
- "Türkiyə Əsri"ni qurmağa başlamışıq - Ərdoğan
- Hörmüzdə bütün minalar məhv edilib - Tramp
- Ermənistanda hərbçi asılmış vəziyyətdə tapıldı
- “Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi”