Qara dənizdə ABŞ-ın MQ-9 “Reaper” PUA-sı ilə insident Vaşinqtonla Moskva arasında birbaşa münaqişəyə səbəb olmayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun ötən gün Qara dənizdə Rusiya qırıcısı ilə ABŞ PUA-sının toqquşması, nəticədə PUA-nın dənizə düşməsi haqqında hesabatında bildirilib.
“Rus qoşunları onilliklər ərzində münaqişə yaratmadan ABŞ və müttəfiqlərinin təyyarə və gəmilərinə qarşı hədə-qorxu taktikasından istifadə ediblər. ABŞ və Rusiya prezidentlərinin necə cavab verməklə bağlı tam seçim azadlığı var və bu cür hadisələr avtomatik olaraq ölkələr arasında qarşıdurmanın kəskinləşməsinə səbəb olmayıb.
Prezident Co Baydenin ABŞ hərbçiləri ilə Rusiya arasında birbaşa münaqişədən qaçmaq istəyindən dəfələrlə danışdığını və Kremlin NATO ilə müharibəyə başlamaq istəmədiyini açıq-aydın və dəfələrlə nümayiş etdirdiyini nəzərə alsaq, bu kimi hadisələrin təhlükəli eskalasiyaya səbəb ola biləcəyinə inanmaq üçün heç bir əsas yoxdur”, - hesabatda qeyd olunub.
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!
- İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video