Son günlər hamının “ferma yumurtası” dediyi broyler yumurtasının qiyməti 18-19 qəpikdən 25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti 30-35 qəpik, pərakəndə satışı isə 40 qəpikdir. Amma mövsüm olaraq toyuqların yumurtladığı dövrdür. Bəs hansı səbəbdən bahalaşma indi baş verib?
BUTA.TV xəbər verir ki, Bizim.media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov yumurtanın qiymətinin artmasını inhisarçılıq amili ilə əlaqələndirib:
“Yumurtanın bahalaşmasında heç bir iqtisadi amil yoxdur. Son illər elektrik enerjisi, su təchizatı, nəqliyyat vasitələri və dizel yanacağının qiymətində kifayət qədər artım baş verib. Bu fonda bəzi digər məhsullar kimi, yumurtanın da qiymətində artımın olması başadüşüləndir. Ancaq bu heç də o anlama gəlmir ki, yumurtanın qiyməti son 15 ildə iki dəfəyə qədər bahalaşsın. 2007-ci ildən üzü bəri yumurtanın qiyməti iki dəfədən də çox artıb. Bu isə anormal haldır və belə vəziyyətin yaranması birmənalı şəkildə inhisarçılıqla bağlıdır. Yumurta istehsalı tənzimlənmir. Bunun üçün dövlət orqanları müdaxilə etməli, bazar araşdırmaları aparmalı, səbəblər öyrənilməlidir”.
Digər ekspertlərin fikrincə isə bu, bayramla əlaqədardır. Adətən, Azərbaycanda dünya ölkələrindən fərqli olaraq, hər şey bayramqabağı bahalaşır.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
Quşçuluq Cəmiyyətindən verilən məlumatda isə bildirilir ki, düzdür, toyuq yemlərində dünyada baş verən böhrandan dolayı müəyyən bahalaşma baş verib. Amma dövlətin gördüyü tədbirlər nəticəsində yemin də kəskin bahalaşmasının qarşısı alınıb:
“Elə də ciddi böhran halı baş verməyib. Eyni zamanda, Cəmiyyət tərəfindən bazara çıxarılan yumurtalar topdansatış qiymətinə əvvəlki şəkildə satılır. Sadəcə, bu işlə məşğul olan ticarətçilər süni artıma gedirlər. Amma bu, müvəqqəti xarakter daşıyır, indi yumurtanın daha çox istehsalı dövrüdür”.
- Putin Mehriban Əliyevanı təbrik etdi
- İran və Oman Hörmüzlə bağlı razılığa gəldi
- "Türkiyə Əsri"ni qurmağa başlamışıq - Ərdoğan
- Hörmüzdə bütün minalar məhv edilib - Tramp
- Ermənistanda hərbçi asılmış vəziyyətdə tapıldı
- “Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi”
- “Sabah”dan bərabərlik qolu - Canlı-Yenilənir
- Simonyan Rusiya səfiri ilə görüşdü