Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi haqqında Fərman imzalayıb.
BUTA.TV xəbər verir ki, fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək tapşırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Fərman imzalandığı gündən qüvvəyə minir.
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı
- Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
- Kanada tarix yazaraq 1/8 finala çıxdı - Yenilənib
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi