İranda, əsasən, Qum şəhərində yerləşən İnqilab Keşikçilərinin himayəsi altında çalışmalarını davam edən “Hüseyniyyun” terror qruplaşması yeni bir kitab çıxarıb. Kitabın adı “Kərimə dövlət”dir. Terror qruplaşması bu kitabla hədəflərini çox aydın bir şəkildə ifadə ediblər.
Bu sözləri BUTA.TV-a Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
O, kitabda İran rejiminin görüşünün izah edildiyini vurğulayaraq, əsas hədəfin Şimali Azərbaycanda bənzər quruluşu yaratmaq olduğunu diqqətə çatdırıb:
“Bunlar guya Quranın bir sıra ayələrinə “istinad edərək”, deyirlər ki, hakimiyyət ancaq Allaha məxsusdur. Onu da təsvir edərək bildirirlər ki, Allahın yer üzərində təmsilçiləri Hz. Məhəmməd, Əhli-Beyt və İmam Zamandır. İmam Zamanın da qeyri-şərtsiz təmsilçisi imam Xomeynidir. Ondan xaric nə varsa, hamısı tağutdur. Yəni bunların anlayışına görə, Allah əmr edib ki, biz bunlara gözübağlı itaət edək. Xalqın, insanların görüşünün, nə düşündüyünün, demokratiyanın heç bir əhəmiyyəti yoxdur. Bu kitabın qısa məzmunu budur. Tağutun da əleyhinə Quranda cihad əmri verilib. Bunun nə elmi, nə də dini baxımdan qəbul edilən bir tərəfi var. Çox ciddi din adamları bu görüşü qəbul etmirlər”.
Cavadi kitabın Qum şəhərində belə yüksək keyfiyyətlə çap edilməsini SEPAH-ın, özəlliklə, Qüds briqadasının “Hüseyniyyun” terror qruplaşmasını dəstəkləməsinin isbatı kimi göstərib:
“Bu kitab Azərbaycan dilində, məhz Azərbaycan üçün yazılıb. Bunların görüşü budur ki, İranda “Kərimə dövlət” var və bu modeli şiə toplumlarına yaymaq lazımdır. Onlar Azərbaycanı “şiəliyin ana vətəni” kimi görürlər. Odur ki, bunun tez bir zamanda şiələrin çox olduğu Azərbaycanda tətbiq edilməsinə çalışırlar. Bunların “müqavimət” dedikləri bir məsələ var - o da Yəmən husilərindən başlayıb, Livanın Hizbullahına kimi uzanır. Şiə ölkələrinin hamısında “Kərimə dövlət” qurub, sonra digər müsəlman ölkələrinə, daha sonra isə dünyaya tətbiq etmək fikrindədirlər”.
O bildirib ki, yürüdülən siyasətə əsasən şiə ölkələrində yaradılan “Kərimə dövlət”in dili farsca olmalıdır:
“Bunlar İranı və fars dilini şiə dünyasının sivilizasiyası olaraq görürlər. Şiə məfkurələrində farslığın və fars dilinin özəl yeri var. Bu, fars şiəliyini, ərəb sünniliyinə qarşı qoyan bir axındır. Məqsədi isə belədir ki, şiəlik olsun, amma fars dilində. Bunların bir şeyxi var - Orxan Məmmədov. O demişdi ki, bizim bu davamız İran mədəniyyətinin Turan vəhşiliyinə qarşı davasıdır. Bunların təşkilat rəhbərlərinin əksəriyyəti qondarma “talış-muğan respublikası”nın qalıntılarıdır. Başçıları Tofid İbrahimbəylidir, hətta İranda Ələkram Hümbətovun anım mərasimini də keçirdilər. Həmin bu hüseyniyyunçular Moskvada yaşayan talış separatçılarını, o cümlədən Zabil Məhərrəmovu da çağırmışdılar”.
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!