Talış kəndinə böyük qayıdış gününə həsr olunmuş tədbir start götürüb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Tərtər rayon bayraq meydanında təşkil olunan tədbirdə köç etməyə hazırlaşan ailələr, Talış-Suqovuşan istiqamətində aparılan hərbi əməliyyatlarda qazı olmuş hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak edir.
Bayram əhval-ruhiyyəsi ilə başlanan tədbirdə əlamətdar günü vətənpərvərlik ruhunda ifa olunan musiqi nömrələri müşayət edir.
Qeyd edək böyük qayıdış zamanı 90 nəfərdən ibarət 20 ailə Talış kəndinə yola düşəcək. Köç iki mərhələdə həyata keçiriləcək. Hər mərhələdə on ailə öz doğma yurduna dönəcək.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
Qeyd edək ki, köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur. Köç prosesinin növbəti aylarda da davam etməsi planlaşdırılır.
- Ukraynada qadınlar orduya çağırılır? - Rəsmi açıqlama
- İran hərbçilərə maaş vermir, nümayişçiləri öldürür - Tramp
- Polad Bülbüloğlu üçüncü dəfə evləndi - Fotolar
- MKİ-nin direktoru qəfil Moskvaya gəldi
- 1644-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Xameneinin qətli ilə bağlı Trampa xəbərdarlıq olunubmuş
- İsrail HƏMAS-a məxsus silah anbarlarını məhv etdi
- İranın su anbarlarının 45 faizi boşdur: Böhran dərinləşir