Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında Rusiyanın bütün öhdəlikləri aydın şəkildə ifadə olunub.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının Qarabağ əhalisinin və mülki infrastrukturun təhlükəsizliyində qarant rolunu öz üzərinə götürməsi ilə bağlı son bəyanatlarını şərh edərkən deyib.
"Mənə elə gəlir ki, xəyal qurmağa çalışmaq lazım deyil. Ölkəmizin bütün öhdəlikləri Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında aydın şəkildə ifadə olunub. Sadəcə olaraq, bu sənədi açın və görün ki, bizim ölkəmiz hansı öhdəlikləri daşıyır və Rusiya sülhməramlıları gərginliyin qarşısını almaq, vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər", - o deyib.
- 1644-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- İsrail HƏMAS-a məxsus silah anbarlarını məhv etdi
- İranın su anbarlarının 45 faizi boşdur: Böhran dərinləşir
- Köçəryanın oğlu naməlum istiqamətə aparıldı
- “Patriot” raketləri aldıq - Zelenski
- Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər
- Zelenski İlham Əliyevə təşəkkür etdi
- ABŞ Munir vasitəsilə İrana xüsusi təklif göndərib