DTX-nın İran casusları ilə bağlı dünən yayımladığı videoda saxlanılan şəxslərin sözlərindən məlum olur ki, onlara tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı verilib. Hədəfdə olan şəxsin ölməsi, yaxud sağ qalması əsas deyilmiş, əsas məqsəd bununla mesajın verilməsi olub.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
“Bir gün sonra Fazil Mustafaya qarşı sui-qəsd təsadüfi ola bilməz və görünür, saxlanılanlar olsa da, hələ də fəaliyyət göstərən casuslar var”, - o bildirib.
Qeyd edək ki, 28 mart 2023-cü ildə saat 21:50 radələrində millət vəkili Fazil Mustafa Zabrat qəsəbəsindəki evinin önündə silahlı hücuma məruz qalıb. Ona avtomat silahlardan çoxsaylı atəş açılsa da, yalnız güllələrdən ikisi ona dəyib və F.Mustafa çiyin və ayaq nahiyəsindən yaralanıb.
Hazırda Fazil Mustafa 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyata qaldırılıb. TƏBİB-in yaydığı məlumata görə, millət vəkilinin həyati təhlükəsi yoxdur.
- Təyyarə qəzası: həlak olan hərbçilərdən 18-nin nəşi tapıldı
- Azərbaycanın bu silahı İranı qorxutdu
- AzTV-nin müxbiri təyyarənin düşdüyü ərazidə ağır xəsarət aldı
- C-130 son 4 gündə Gəncəyə neçə reys həyata keçirib?
- Şəhidin son telefon danışığı: Ata, qayıdırıq, tarlanı əkmisən?
- Türk ekspertlərdən iddialar: Toqquşma, təxribat və ya hücum...
- Konstitusiya xalqımızın milli mənafeyinə xidmət edir - Deputat
- C-130 qəzası: Azərbaycan MiQ-i də Xəzərə belə düşmüşdü