Milli Məclisin plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər müzakirəyə çıxarılıb.
BUTA.TV xəbər verir ki, namizədlər barədə parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verib.
Siyahıda yer alan namizədlər aşağıdakılardır:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından:
1. Həsən Şahhüseyn oğlu Cəfərov - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri
2. Əzim Zahid oğlu Talıbov - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi
Azərbaycan Milli Elmlər Akademiyasından:
1. Teymur Həşim oğlu Kərimli - Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor
2. Sərxan Abbas oğlu Xavəri - Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent
Azərbaycan Mətbuat Şurasından:
3. Azər Hacıqulu oğlu Həsrət - Mətbuat Şurası İdarə Heyətinin üzvü
4. Aqil Ələsgər oğlu Fərəcov - Mətbuat Şurası İdarə Heyətinin üzvü.
- Milli mətbuatın yaranmasından 150 il ötür
- Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu
- AZAL sərnişinlərini öldürən şəxsin - Fotosu
- Prezident "Teleqraf" Media Qrupun əməkdaşlarını təltif etdi
- Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi
- Yaqub Eyyubovun adından saxta açıqlama
- Azərbaycan XİN Banqladeşə başsağlığı verdi
- Rusiya Azərbaycandan bunu istəyir