İşğaldan azad edilmiş Xocavənd rayonunun Düdükçü kəndi ərazisində mina hadisəsi baş verib.
“BUTA.TV” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.
“Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - deyə məlumatda qeyd edilib.
- Şimali Koreya Rusiyaya 8500 hərbçi göndərir
- Rusiya Krivoy Roqa zərbə endirdi: ölənlər var
- Paytaxtın 2 rayonunda yol bağlanır - Adlar
- 1640-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- 43 yaşlı kişi traktor sürərkən minaya düşdü - 3 qurum birgə məlumat yaydı
- İsveçdə məktəbə silahlı hücum: yaralılar var
- Planetin ən yaşlı qadını 117 yaşını qeyd edir
- ABŞ-la müharibəni indi bitirsək daha yaxşıdır...