Tiktok istifadəçilərin şəxsi mesajlar vasitəsilə bir-birinə pul göndərməsinə imkan verəcək yeni funksiya üzərində işləyir.
BUTA.TV Axşam.az-a istinadən xəbər verir ki, köçürmələrin şirkətin öz ödəniş xidməti olan "Tiktok Pay" vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Yeni funksiyanın izlərinə tətbiqin ABŞ üçün Ayfon versiyasının gizli kodunda rast gəlinib.
Şirkət nümayəndələri bildiriblər ki, funksiya hazırda heç bir ölkədə sınaqdan keçirilmir. Bu isə yeniliyin hələ ilkin mərhələdə olduğunu göstərir.
"Tiktok Pay" artıq Cənub-Şərqi Asiyanın bəzi ölkələrində, o cümlədən Vyetnam, Malayziya və Tailandda “Tiktok Shop" alış-verişləri üçün istifadə olunur. Yeni funksiyanın nə vaxt istifadəyə veriləcəyi isə məlum deyil.
“Qəzadan sonra maşını dərhal boyayıblar” - Ölən futbolçuların ailəsi narazıdır
- Tiktokda pul göndərmək mümkün olacaq
- Bakı və Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq
- “Dava edənləri ayıranda ürəyindən bıçaqlanıb” - Video
- “Qarabağ” səfərdən qalib ayrılır - Video-Yenilənib
- Bu ərazidə qaz kəsiləcək
- Mais Ağayev bu TV-yə rəhbər təyin olundu
- Bu MMC-nin lisenziyası ləğv edildi
- Ermənistan həmin dəmir yolunu özü çəkəcək - Paşinyan açıqladı