Anomal istilər: Elektrik enerjisi kəskin bahalaşdı

07:27 - 21 Avqust 2026 - GÜNDƏM

 Anomal istilər: Elektrik enerjisi kəskin bahalaşdı

Fransada davam edən anomal isti hava dalğası elektrik enerjisinin qiymətini son bir il yarımın ən yüksək səviyyəsinə yüksəldib.

BUTA.TV xəbər verir ki, kondisionerlərdən istifadənin artması tələbatı kəskin yüksəldib, "EPEX Spot" birjasında elektrik enerjisinin meqavat-saatı 177 avronu keçib. Temperaturun yüksəlməsi külək və su elektrik stansiyalarında istehsalı azaldıb.

Ən böyük mənfi təsir isə nüvə enerjisi sektorunda qeydə alınıb. Çay sularının qızması reaktorların soyudulmasını çətinləşdirdiyindən, "Fransa Elektrik" (EDF) şirkətinin nüvə parkının 20 faizdən çoxu istifadədən kənarda qalıb. EDF istilik dalğalarının risklərini neytrallaşdırmaq üçün növbəti 15 ildə 8,7 milyard avro sərmayə yatırmağı planlaşdırır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol