Almaniya, Birləşmiş Krallıq, İtaliya və Fransa İsrailin Qüds yaxınlığındakı E-1 ərazisində yəhudilər üçün evlərin tikintisi ilə bağlı tender elan etmək qərarını qəbuledilməz adlandırıb və İsrail hökumətini dərhal bu planları geri götürməyə, İordan çayının Qərb sahilində məskunlaşmanın genişləndirilməsini dayandırmağa çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə dörd ölkənin liderlərinin birgə bəyanatında deyilir.
"İsrail hökumətinin E-1 məskunlaşma layihəsi çərçivəsində tikinti üçün tender elan etmək qərarı qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət uzun müddətdir ki, bu məskunlaşmaların genişləndirilməsinə qarşıdır və həm özəl, həm də açıq şəkildə dərin narahatlıqlarını ifadə edib. E-1 ərazisində məskunlaşma münaqişənin iki dövlətli həlli perspektivlərini sarsıdacaq, Fələstinin ərazi bütövlüyünü pozacaq", - deyə bildirilib.
- Ukraynada ərzaq qıtlığı yaşana bilərmi?
- Bu ölkədə anomal istilər: 4,4 min insan öldü
- Azərbaycanlıların olduğu gəmi dronla vuruldu
- Husilərdən Səudiyyəyə növbəti hücum...
- Bununla bağlı Türkiyədən cavab gözləyirik - Rusiya
- Nigeriyada qayıq aşdı: 40 nəfər öldü
- Kiyevdə ticarət mərkəzinə PUA düşdü
- İrandan Trampa cavab: Mütləq cəzalanacaq!