Ukraynada ərzaq qıtlığı yaşana bilərmi?

08:03 - 21 Avqust 2026 - GÜNDƏM

 Ukraynada ərzaq qıtlığı yaşana bilərmi?

Ukrayna pərakəndə satış şəbəkələri yalnız müvəqqəti təchizat gecikmələri və düşmənin paylama mərkəzlərinə zərbələri nəticəsində məhsul seçimində müəyyən azalma ilə qarşılaşa bilər.

BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın aqrar siyasət naziri Taras Vısotski bildirib.

O qeyd edib ki, Ukrayna istehsalçılarının hazırki gücü hər bir zəruri məhsul qrupu üçün daxili istehlakı ödəməyə kifayət edir.

"Çətinliklər olduqda, çatdırılmada qısamüddətli fasilələr yarana bilər, çünki logistika tənzimlənməlidir. Birbaşa çatdırılma ilə bağlı format dəyişir”, - Vısotski bildirib.

Qeyd edək ki, bir müddət öncə Rusiya hərbi qüvvələrinin Kiyev və ətraf bölgələrə zərbələri nəticəsində "Episentr", "ROZETKA" və "Nova Poşta" kimi iri ticarət və logistika şirkətlərinin infrastrukturu zərər görüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol