Maxaçev döyüşlərdən kənarlaşdırıldı

10:03 - 21 Avqust 2026 - GÜNDƏM

 Maxaçev döyüşlərdən kənarlaşdırıldı

ABŞ-ın Pensilvaniya Ştat Atletika Komissiyası UFC yarımorta çəki çempionu İslam Maxaçevi (Rusiya) qabırğa zədəsi səbəbindən 30 günlük döyüşlərdən kənarlaşdırıb.

BUTA.TV xəbər verir ki, bu barədə MMA Junkie məlumat yayıb.

Qeyd edək ki, Maxaçev ABŞ-ın Filadelfiya şəhərində keçirilən “UFC 330” turnirində irlandiyalı Yan Qerri ilə döyüş zamanı zədə alıb. Maxaçev yekdil qərarla qalib gəlib və titulunu qoruyub.

Xatırladaq ki, Maxaçevin MMA-da 29 qələbə və 1 məğlubiyyət rekordu var. O, çəki dərəcəsindən asılı olmayaraq UFC reytinqinə başçılıq edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol