Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi - Video

18:32 - 20 Avqust 2026 - GÜNDƏM

 Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi - Video

Qara dənizdə “Primavera Marine” şirkətinə məxsus Komor adaları bayrağı altında üzən “Volgo Balt 226” quru yük gəmisi dron hücumuna məruz qalıb.

BUTA.TV” xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkə hesabında məlumat verib.

Gəmi heyətinin təhlükəsizlikdə olduğunu bildirən İ. Nəsirov xoşagəlməz hadisə zamanı xəsarət alanın olmadığını vurğulayıb:

“Şükürlər olsun ki, itki yoxdur. Gəminin 11 nəfərlik ekipaj üzvündən 1-i Gürcüstan, 10-u isə Azərbaycan dənizçisidir”.

Məlumata görə, hücuma məruz qalan yük gəmisi hazırda Türkiyənin Trabzon limanı istiqamətində hərəkətini davam etdirir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol