Türkiyə Avropanın ən böyük stansiyasını istifadəyə verir

16:46 - 2 May 2023 - GÜNDƏM

 Türkiyə Avropanın ən böyük stansiyasını istifadəyə verir

Türkiyənin Konya vilayətində mayın 5-də Avropanın ən böyük günəş elektrik stansiyasının (GES) açılışı olacaq.

BUTA.TV xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, 1350 MVt gücü olan “Qarapınar” GES “Kalyon Energy” şirkətinə məxsusdur.

20 milyon kvadratmetr ərazini əhatə edən GES-in quraşdırma işlərinə 2020-ci ilin yanvarında başlanılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Urmiya gölünün son vəziyyəti: yox olur - Foto

“Qarapınar” GES-in tam gücü ilə fəaliyyətə başlaması ilə Türkiyənin müəyyən edilmiş günəş enerjisi potensialı 20% artacaq. Günəş elektrik stansiyası “Kalyon Fotovoltaik” şirkətinin istehsal etdiyi 3 256 038 günəş panelindən ibarətdir. GES illik 3 milyard kVt elektrik enerjisi istehsal edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol