Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli sazişləri istisna olmaqla, Qarabağ məsələsinin həlli üçün başqa hüquqi əsaslar yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları prosesini şərh edərkən deyib.
“İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə fəaliyyət və addımların mümkün inkişafı Rusiya ilə birgə imzalanmış həmin üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya kömək edəcək başqa hüquqi əsaslar yoxdur. Bu üçtərəfli sənədlər tamamilə alternativsizdir. Təbii ki, bu əsasda nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlanır, lakin biz onu da bilirik ki, nizamlanmanın əsasını bulandıran müxtəlif cəhdlər var ki, bu da uzunmüddətli perspektivdə nəticə verməyə bilər", - Peskov bildirib.
- Zaporojyedə sərnişin avtobusu dronla vuruldu - Video
- “Xeyli arıqladığımı görüb nə baş verdiyini soruşdular”
- İran və Omanın XİN rəhbərləri Hörmüzü müzakirə etdi
- İsrailin Türkiyəyə qarşı müharibə planı...
- Türkiyədə mədəndə uçqun baş verdi
- Gəncədə boğularaq öldürülən qadının - Fotosu
- Dünya təcavüzkara adekvat reaksiya göstərməlidir - Zelenski
- Berlində gizli silah anbarı aşkarlandı