Kosova polislərinin hərəkətləri gərginliyin kəskin artmasına səbəb olub. ABŞ Belqrad və Priştinadan deeskalasiya addımlarını gözləyir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Biz bütün tərəfləri gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırıq. NATO Kosova Qüvvələrinin (KFOR) üzvlərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və jurnalistlərə qarşı dünənki qəbuledilməz zorakılığı pisləyirik. Priştina hakimiyyətinin bələdiyyə binalarına girişi güc yolu ilə təmin etmək qərarı gərginliyin kəskin və əsassız artmasına səbəb olub”, - Blinken bildirib.
Blinken həmçinin Serbiya Prezidenti Aleksandr Vuçiçi ölkədə silahlı qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətini ləğv etməyə çağırıb:
“O, Kosovadakı serbləri KFOR-a qarşı çıxmağı dayandırmağa və növbəti zorakılıqdan çəkinməyə çağırmalıdır”.
- AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var...
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb
- Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Minsk prosesinin bağlanması başa çatdırıldı
- Əli Kərimliyə neçə il cəza verilə bilər?
- Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?