ABŞ iyunun 1-də Kişinyovda Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə keçiriləcək görüşün məsələlərin sülh yolu ilə həlli baxımından konstruktiv olacağını gözləyir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
“Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Biz bu yaxınlarda Baş nazir Paşinyanın sülh işinə sadiqliyini yüksək qiymətləndirdik və Prezident Əliyevin amnistiya ilə bağlı son bəyanatlarını alqışladıq”, - Miller bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni separatçılarının təslim olacaqları təqdirdə amnistiya tətbiq oluna biləcəyini demişdi.
- 20 manatlıq bu rüsum ləğv edilir
- Generala yüksək vəzifə verildi
- Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
- Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
- Rəqəmsal səyyahlara müjdə
- Zakir Həsənov onları təltif etdi
- “İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi