Sahil ölkələri üçün biomüxtəliflik və iqtisadiyyat baxımından əvəzolunmaz su hövzəsi olan Xəzər dənizi sürətlə dayazlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Məlumata görə, bu, dənizin şimal hissəsində xüsusilə nəzərə çarpır. Problemin miqyasını göstərmək üçün Xəzərin Qazaxıstan hissəsinin 2006-cı və 2022-ci ilin sentyabrında çəkilmiş iki peyk şəklini dərc edilib.
Fotodan görünür ki, bəzi yerlərdə sahil xətti kilometrlərlə geri çəkilib, Kaydak körfəzi tamamilə quruyub. Xəzərin sürətlə quruması Türkmənistanın sahilyanı ərazisində də nəzərə çarpır. Məsələn, hələ 2007-ci ildə eyniadlı yarımadada yerləşən Xəzər şəhəri birbaşa dəniz sahilində yerləşirdi. Xəzər quruduqca sahil xətti getdikcə uzaqlaşır və indi bəzi yerlərdə su 800 metr çəkilib.
Bir neçə peyk tərəfindən toplanmış və NASA Qlobal Su Monitoru tərəfindən əldə edilmiş radar hündürlüyü məlumatları göstərir ki, Xəzər dənizində suyun səviyyəsi 1990-cı illərin ortalarından başlayaraq azalmağa başlayıb.
Qeyd olunur ki, iqlim dəyişikliyi havanın temperaturunun yüksəlməsinə və buxarlanmanın artmasına səbəb olduğu üçün azalma davam edə bilər.
- AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var...
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb
- Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Minsk prosesinin bağlanması başa çatdırıldı
- Əli Kərimliyə neçə il cəza verilə bilər?
- Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?