“Report” İnformasiya Agentliyinin kollektivinə ağır itki üz verib.
BUTA.TV xəbər verir ki, agentliyin montajçısı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu faciəvi şəkildə vəfat edib. Səbuhi Məmmədov Bakıda yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.
2000-ci ildə Şirvan şəhərində dünyaya gəlmiş Səbuhi Məmmədov 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edib. S.Məmmədov Xocavənd rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında göstərdiyi igidlik və şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilib.
Bundan başqa, S.Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
“Report”da çalışdığı müddətdə daim öz çalışqanlığı, intizamı ilə seçilən Səbuhi Məmmədov kollektivimizin sevimli üzvlərindən biri idi.
Səbuhi Məmmədovun əziz xatirəsi kollektivimizin qəlbində daim yaşayacaq.
Səbuhinin doğmalarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirik!
Allah rəhmət eləsin!
- AXCP və “Müsavat”da vicdanlı, aldanmış şəxslər var...
- Azərbaycan o səhifəni tamamilə bağlayıb...
- Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb
- Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Minsk prosesinin bağlanması başa çatdırıldı
- Əli Kərimliyə neçə il cəza verilə bilər?
- Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?
- Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?