Ermənistanın hərbçilərimizi saxlaması əldə olunmuş razılaşmaya uyğun olaraq, etimad quruculuğuna növbəti bir zərbədir.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, hərbçilərin Ermənistan-Azərbaycan sərhədini çətin hava şəraiti səbəbindən keçdiklərini diqqətə çatdıraraq, məsələnin həm ikitərəfli, həm də digər görüşlərdə müzakirə edildiyini qeyd edib:
"Ermənistan tərəfindən həmin hərbçilər saxlanılaraq onlara cinayət işi açılıb. Hansı ki biri ilə bağlı artıq hökm oxunub. 11 il yarımlıq məhbusluğu barədə qərar qəbul olunub. İlk növbədə onu qeyd etmək istəyirəm ki, Ermənistan tərəfi ilə ikitərəfli görüşlər zamanı, eyni zamanda, beynəlxalq vasitəçilər, həmçinin digər dövlətlərin nümayəndələri ilə görüşlər zamanı biz hər kəsin bu məsələyə diqqətini cəlb etdik. Bu hadisənin tamamilə bundan əvvəlki razılaşmaların pozuntusu kimi qəbul edilməsini və Ermənistana bu istiqamətdə təsir edilməsinin vacibliyini gündəmə gətirdik. Son müddət ərzində iki ölkə arasında belə bir razılaşma var idi ki, sərhəd xəttini səhvən keçən hərbçilərin geri qaytarılması vacibdir. Bu tərəflər arasında bir etimad quruculuğu tədbiri kimi dəyərləndirilə bilər. Məhz bu razılaşmanın nəticəsi olaraq, Azərbaycan tərəfi ümumilikdə 10-dan artıq erməni hərbçisini və mülki şəxsini geri qaytarıb. Biz, hesab edirik ki, Ermənistan tərəfindən atılan addım əldə olunmuş razılaşmaya uyğun olaraq, etimad quruculuğuna növbəti bir zərbədir. Hesab edirik ki, bu çox yanlış inkişafdır, çox təhlükəli inkişafdır. Və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili
- Xüsusi təyinatlılar azərbaycanlılara görə polis şöbələrinə hücum etdi
- XİN Əbu-Dabi görüşü ilə bağlı məlumat yaydı
- Əliyevlə Paşinyanın görüşündə iştirak edən ən maraqlı sima...