Erməni qrossmeyster Levon Aronyan dünya çempionatında iştirak üçün Bakıya gəlib-gəlməyəcəyini müəyyən edə bilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Dilemma qarşısındayam. 2023-cü il dünya çempionatında iştirak etmək istərdim, amma bir erməni olaraq Bakıya gedərkən özümü təhlükəsiz hiss etməyəcəyəm”, - o bildirib.
Qeyd edək ki, erməni idmançıların Bakıya gəlməsində heç vaxt problem olmayıb. Hətta 2015-ci ildə keçirilən Birinci Avropa Oyunlarında medal qazanan erməni idmançılara mükafatlarını şəxsən Prezident İlham Əliyev təqdim etmişdi.
Bütün bunları Aronyanın bilməməsi mümkün deyil. Ancaq görünür, beynəlxalq yarışın üzərindən hiyləgərcəsinə oyun qurmağa və dünyanın diqqətini cəlb etməyə meyillənir. Guya Azərbaycanda ona təhlükə ola bilər. Halbuki idmançılara əxlaqsızcasına münasibət göstərən ölkənin və insanların elə Ermənistan və ermənilər olduğunu Aronyanın özünə yaxşı məlumdur. 14 apreldə İrəvanda keçirilən Ağılıqqaldırma üzrə Avropa çempionatında təşkilatçılardan olan Aram Nikolyan Bayrağımızı səhnədən qaparaq, yandırmışdı. Onun barəsində heç cinayət işi də açmadılar, əksinə, Nikolyanı “qəhrəmana” çevirdilər.
Xatırladaq ki, Bakıda Şahmat üzrə Dünya çempionatı 29 iyul – 26 avqust tarixlərində keçiriləcək.
- Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
- Azərbaycanda bu tələbə və şagirdlərə sığorta ödəniləcək
- “Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video
- Bu ərazidə yağıntılar aylıq normanı keçdi
- Bakıda ağır qəza: hərbçi öldü
- Nazir ona yeni vəzifə verdi - Foto
- Agentliyə sədr müavini təyin edildi - Foto
- Azərbaycanda qanunsuz yaşayan 5 minə yaxın əcnəbi saxlanıldı