Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu York şəhərindəki mənzil qərargahında dalğalanan bayraqlar endirilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, kompleksdə BMT-yə üzv olan 193 dövlətin bayrağı Nyu Yorkda havanın kirliliyi səbəbi ilə endirilib.
BMT baş katibinin sözçüsü Stefan Dujarik baş verənlərlə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, beynəlxalq təşkilat öz texniki işçilərini lazımsız risklərdən qorumaq üçün belə bir qərar alıb:
"Bayraqlarla bağlı alınmış xüsusi qərarlara uyğun prosedurlar var. Bunlar güclü yağışlar, şiddətli küləklər, soyuq temperatur müşahidə etdiyimiz zaman tətbiq olunur. Burada çalışdığım 20 il ərzində ilk dəfədir ki, bu qərarın tətbiq edildiyinə şahid oluram. Havanın keyfiyyəti ilə bağlı problemlərə görə biz təhlükəsizlik işçilərimizi lazımsız risklərə atmaq istəmirik", - deyə sözçü vurğulayıb.
Qeyd edək ki, Kanadadakı kütləvi meşə yanğınları səbəbindən Nyu Yorkda havanın keyfiyyəti təhlükəli həddə çatıb.
- Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
- Azərbaycanda bu tələbə və şagirdlərə sığorta ödəniləcək
- “Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video
- Bu ərazidə yağıntılar aylıq normanı keçdi
- Bakıda ağır qəza: hərbçi öldü
- Nazir ona yeni vəzifə verdi - Foto
- Agentliyə sədr müavini təyin edildi - Foto
- Azərbaycanda qanunsuz yaşayan 5 minə yaxın əcnəbi saxlanıldı