Ukrayna qoşunları Krımı azad etmək üçün rusların hamısını öldürməyə, yaxud əsir götürməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib.
“Ukraynalıların strateji hədəfi Krımı qaytarmaqdır. Əgər onlar bunu bir güllə atmadan edə bilsələr, çox yaxşıdır. Lakin onlara bunu etmək üçün rusların hamısını öldürmək, yaxud əsir götürmək lazım gələcəksə, o zaman bunu da edəcəklər”, - deyə o bildirib.
Onun sözlərinə görə, Krımın geri alınması ukraynalılar üçün həlledici əhəmiyyət daşıyır:
“Çünki bununla onlar Rusiya donanmasını Qara dənizin mərkəzi və qərb hissəsindən çıxarmağa məcbur edir, Odessadan okeanlarla dünyanın ticarət yollarına çıxış açırlar”.
- ADY sərnişin daşınmasını 18% artırdı
- Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
- Həkəridə batan kişinin axtarışları davam etdirilir - Video
- Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
- Azərbaycanda bu tələbə və şagirdlərə sığorta ödəniləcək
- “Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video
- Bu ərazidə yağıntılar aylıq normanı keçdi
- Bakıda ağır qəza: hərbçi öldü