Ermənistanın Mestamor AES və alüminium, mis hasilatı zavodlarının zəhərli tullantılarının Araz çayına axıdılması nəticəsində Güney Azərbaycanda bir çox əkin və bağ sahələrinə ciddi ziyan dəyir.
BUTA.TV xəbər verir ki, bu sözləri güneyli ekoloq Əhməd Bayburdu deyib.
O, çayda zəhərli maddələrin miqdarının çox olduğunu vurğulayaraq xəbərdarlıq edib:
“Araz sərhəd suyundan götürülmüş müxtəlif nümunələr əsasında bu çayda ağır elementlərin və zəhərli maddələrin miqdarının icazə verilən həddən artıq olması müşahidə olunub. Ötən illər ərzində də ekoloqlar və müxtəlif icra strukturları bu sahədə çoxsaylı hesabatlar təqdim ediblər”.
Bayburdi zəhərli tullantılarla çirkləndirilən Araz çayı və Xudafərin su anbarı vasitəsilə suvarılan əkin sahələrində yetişdirilən kənd təsərrüfatının Şərqi Azərbaycanda ciddi problemlər yaratdığını diqqətə çatdırıb:
“Bu zəhərli sularla yetişdirilən məhsullar əyalətin bütün bölgələrinə göndərildiyi üçün qida təhlükəsizliyi sahəsinə ciddi fəsadlara və müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Azərbaycanlıların həyatı və sağlamlıqları riskə atılır. Hökumətin bu məsələdə susqunluq və laqeydliyindən təəccüb edirəm”.
O, Ermənistana qarşı sərt tədbirlər görülməli olduğunu bildirib:
“Əgər Ermənistan ekoloji konvensiyalara məhəl qoymursa, alüminium və mis hasilatı zavodlarında filtrasiya sistemlərinin quraşdırılmasına və çirklənmənin azaldılmasına görə özünü məsul hesab etmirsə, bu ölkəyə qarşı sərt tədbirlər görülməlidir”.
- ADY sərnişin daşınmasını 18% artırdı
- Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
- Həkəridə batan kişinin axtarışları davam etdirilir - Video
- Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
- Azərbaycanda bu tələbə və şagirdlərə sığorta ödəniləcək
- İranda partlayış səsləri - ABŞ-nin daha bir bazası vuruldu
- “Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video
- Bu ərazidə yağıntılar aylıq normanı keçdi