Rusiyada “Mister sidr” adlı alkoqollu içkidən zəhərlənərək ölənlərin sayı 30 nəfərə çatıb.
BUTA.TV xəbər verir ki, saxta içkidən təxminən 100 nəfər zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib. İlk zəhərlənmə iyunun 5-də qeydə alınıb.
Araşdırma nəticəsində məlum olub ki, içki 10 il əvvəl müsadirə edilərək Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin anbarında saxlanılan spirt tərkibli mayedən hazırlanıb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, bu ilin mayında Dmitri və Aleksey Yeqorovlar polis nəfəri İvan Qrebenkin il birlikdə həmin mayeni anbardan oğurlayaraq Artyom Ayrapetyana satıblar. O da öz növbəsində zəhərli mayeni ““Andi” ASC-nin təsisçisi Anar Hüseynova satıb.
Məhkəmə Artyom Ayrapetyanın iki ay müddətinə həbs olunması barədə qərar çıxarıb.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?