Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən BUTA.TV-a bildiriblər ki, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb.
Ə.Əsədov görüşdə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.
Baş nazir Azərbaycan-Rusiya strateji tərəfdaşlığının ikitərəfli gündəliyində yer alan məsələlərə də toxunub.
- Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - Video
- Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
- Əsgərliyə gedirdi, "komissarlığ"ın qarşısında maşın vurdu
- AZAL və "Sea Breeze" birgə lotereya kampaniyasına başlayır
- Özünün və digərlərinin həyatını təhlükəyə atdı - Video
- Sabah 35 dərəcə isti olacaq
- ADY sərnişin daşınmasını 18% artırdı
- Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir