Biz vaxtaşırı olaraq görüşürük və geniş məsələləri müzakirə edirik.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Vladimir Putinlə görüşü zamanı deyib.
O, görüşdə Putinlə Rusiyanın Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti olaraq yerləşdirilən rus sülhməramlıların fəaliyyətini müzakirə etmək arzusunda olduğunu da dilə gətirib:
“Bu gün ikitərəfli gündəmi və regional məsələləri müzakirə edəcəyik. Düşünürəm ki, bu gün Qarabağdakı rus sülhməramlıların məsuliyyət zonasını da müzakirə edə bilərik. Təəssüf ki, humanitar vəziyyət orada gərgin olaraq qalır”.
Qeyd edək ki, görüşün gündəmində rus sülhməramlılar məsələsi olmadığı Putinin nitqindən də aydın idi.
- HHQ və XTQ komandanları təltif olundu
- Küləkli hava nə vaxta qədər davam edəcək?
- Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - Video
- Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
- Əsgərliyə gedirdi, "komissarlığ"ın qarşısında maşın vurdu
- AZAL və "Sea Breeze" birgə lotereya kampaniyasına başlayır
- Özünün və digərlərinin həyatını təhlükəyə atdı - Video
- Sabah 35 dərəcə isti olacaq