RT-nin baş redaktoru, Kreml təbliğatçısı Marqarita Simonyan özünə cangüdənlər götürüb.
BUTA.TV xəbər verir ki, bu barədə o, 360 telekanalına müsahibəsində deyib.
“Görürsünüzmü, uşaqlar orada dayanıb? Onlar məni qoruyur. Mən əvvəllər heç vaxt bu cür yaşamamışam. Niyə mühafizəçi götürdüm? Çünki Ukrayna kəşfiyyatının rəhbəri açıq şəkildə bildirdi ki, mən və Solovyov növbəti hədəfik”, - o bildirib.
Beynəlxalq axtarışa verilməsi haqda danışam Simonyan bunu xoşagəlməz hal adlandırıb:
“Qışda isti ölkələrə getmək istəyərdim, Latın Amerikasında demək olar ki, olmamışam. İndi bilmirəm, getsəm, təhvil verəcəklər, ya yox, həbs edəcəklər, ya etməyəcəklər...”
- Bu ərazilərdə söküntü gedir - Ünvanlar
- "Any Unboxing" dələduzluq piramidasını ifşa edildi
- KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video
- Çay sahilində köməksiz qalan şəxs xilas olundu - Video
- Sərraf Orucova hökm oxundu
- Bakı metrosu "Qarabağ"a görə iş rejimini dəyişir
- Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...
- Azadlığını nazirliyin qoyunlarına görə qurban verdi