Çeçenistan rəhbəri Ramzan Kadırov "Vaqner"in yaradıcısı Yevgeni Priqojini Rusiya ordusunun döyüşçülərini dəstəklədiyinə görə tərifləyib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.
Kadırov Priqojinin Rusiya ordusunun döyüşçülərini Zaporojye istiqamətində uğurları münasibətilə təbrik etdiyi bəyanatını məmnunluqla oxuduğunu qeyd edib.
O, vurğulayıb ki, Zaporojye istiqamətində 6 mindən çox çeçen döyüşçü var:
"Biz hamımız öz ambisiyalarımızı tərk etməli, Ali Baş Komandanımız Vladimir Putinin ətrafında birləşməli, ümumi məqsədlər üçün çalışmalıyıq və əsgərlərimizi hər cür dəstəkləməliyik".
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?