Su kanalında batan azyaşlının meyiti tapıldı - Video

09:26 - 12 İyun 2023 - GÜNDƏM

 Su kanalında batan azyaşlının meyiti tapıldı - Video

Məlumat verildiyi kimi, ötən gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Nazirliyin qüvvələri dərhal axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.

Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində kanalda batmış 2013-cü il təvəllüdlü Məhəmməd Əlisəfa oğlu Pirsahadovun cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatlarında FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri iştirak edib.

Bu xəbər hal-hazırda çox oxunur
Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol