Nikol Soçidə fəxrlə danışdı, geri qayıdan kimi... - Qukasyan

10:18 - 12 İyun 2023 - GÜNDƏM

 Nikol Soçidə fəxrlə danışdı, geri qayıdan kimi... - Qukasyan

Paşinyan Soçidə keçirilən III Avrasiya Konqresində ölkənin iqtisadi nəticələri barədə fəxrlə danışdı, İrəvana qayıdanda isə birdən-birə antirusiya ritorikasına keçdi. Bu nə ikili standartlardır, axı?

BUTA.TV xəbər verir ki, bunu Ermənistanın “Sosial ədalət naminə” partiyasının sədri Arman Qukasyan deyib.

“Bu cür davranış beynəlxalq aləmdə Ermənistanın niyyətlərinin səmimiliyinə şübhələr yaradır. Əgər İrəvan həqiqətən də Aİİ-nin bu gün bizə verdiyi imkanları itirmək istəmirsə, o zaman niyə ölkə daxilində əlaqələrin zəiflədilməsi kursu var? Nikol başa düşməlidir ki, Ermənistanın KTMT-dən çıxması və xarici siyasətə yenidən baxması ölkə üçün ən mənfi nəticələrə səbəb ola bilər. Bu addımlar ölkənin Aİİ-də iştirak vasitəsilə reallaşdırmağa başladığı nəhəng iqtisadi faydaları zəiflədər. Qısamüddətli siyasətin nəticələri barədə düşünməyin vaxtıdır. Paşinyan qərar verməlidir: ya Aİİ çərçivəsində əməkdaşlıq edib birgə rifaha nail olmaq, ya da dünya ictimaiyyəti qarşısında fəxr etdiyi üstünlükləri itirmək riski”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol