12 iyun Rusiya Günü münasibəti ilə Şimali Koreya lideri Kim Çen İn Vladimir Putinə məktub göndərib.
BUTA.TV xəbər verir ki, Kim Çen məktubunda “imperialistlərə qarşı öz suverenliyini və gələcəyini müdafiə edən Rusiya xalqına tam dəstəyini və həmrəyliyini” ifadə edib və Putinə Ukrayna müharibəsində qələbə arzulayıb.
“Yoldaş Kim Çen İn vurğulayıb ki, bu gün ölkənin suverenliyinə, təhlükəsizliyinə və dinc həyatına xələl gətirməyə çalışan düşmən qüvvələrin artan təhlükə və çağırışlarına qarşı Rusiya xalqının mübarizəsi yeni kritik mərhələyə qədəm qoyur”, - Koreya Mərkəzi Xəbər Agentliyinin açıqlamasında deyilir.
Kim Çen “ədalətin qalib gələcəyinə və rus xalqının qələbə tarixini qeyd etməyə davam edəcəyinə inamını” ifadə edib.
KXDR liderinin sözlərinə görə, o, Pxenyanla Moskva arasında qonşuluq münasibətlərini və strateji əməkdaşlığı daha da gücləndirməyə hazırdır.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?