Azərbaycan Dəmir Yolları QSC (ADY) rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə iyulun 1-dən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandıracaq.
Bu barədə BUTA.TV-a ADY-dən bildirilib.
Müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər.
ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək mümkündür. Bir ədəd ADY gediş kartının qiyməti 2 AZN təşkil edir.
Xatırladaq ki, sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.
Bununla yanaşı, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların ekonom vaqonlarında müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılması məqsədilə 1 iyul 2023-cü il tarixindən etibarən biznes vaqonundan ekonom vaqon kimi istifadə olunması təmin olunacaq. Bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək.
- İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov
- Heydərov Kurenkovla görüşdü - Foto
- Rus mediasından daha bir təxribat: Bu dəfə bayrağımızı... - Foto
- Zarafatla deyirik ki, onlarla ünsiyyət əlverişlidir...
- Bir çox qərəz və məkr görürük – Hacıyevdən mühüm
- “Rusiya ən azı 6 müstəqil dövlətə parçalanmalıdır...”
- “Süni intellekt gələcəkdə bir çox tibbi ixtisasları əvəz edəcək”
- Bəstəkarın ölümünün təfərrüatı: Hadisə dənizdə olub...