Mədəniyyət komitəsi toplandı: Paşayeva prezidentə təşəkkür etdi

12:08 - 12 İyun 2023 - GÜNDƏM

 Mədəniyyət komitəsi toplandı: Paşayeva prezidentə təşəkkür etdi

Bu gün Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirilir.

BUTA.TV xəbər verir ki, dinləmədə Qərbi Azərbaycanın rəhbərliyi, ictimai-siyasi xadimlər, Milli Məclisin deputatları, KİV rəhbərləri iştirak edirlər.

Toplantıda çıxış edən komitə sədri Qənirə Paşayeva Ali Baş Komandan, Prezident İlham Əliyevə Qərbi Azərbaycan mövzusuna verdiyi önəmə görə minnətdarlıq edib:

“Bu il 100 illik yubileyini qeyd etdiyimiz Heydər Əliyevi böyük minnətdarlıqla xatırlayırıq. Qərbi Azərbaycana qayıdışla bağlı xalqla dövlətin birliyinə görə biz Heydər Əliyevin bu məsələdəki mövqeyinə borcluyuq. Biz yaxşı bilirik ki, tarixi- mədəni hüquqlarımız sərhədlərimizin hüdudları ilə bitmir. Ermənistan Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı göstərdiyi vandallığa görə tarix qarşısında cavab verəcək”.

Dinləmə çıxışlarla davam edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol