Adanın türk və yunan hissəsi arasında nizamlanma prosesi 50 ildir ki, davam edir. Daha 50 il də gözləyə bilmərik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr lideri Ərsin Tatarla görüşündə deyib.
Ərdoğan qeyd edib ki, Ankara, həmçinin ŞKTR-in Aralıq dənizində ona aid olan karbohidrogen ehtiyatları ilə bağlı hüquqlarını müdafiə edəcək.
O, təəssüflə əlavə edib ki, qarşı tərəf Şərqi Aralıq dənizi problemləri üzrə beynəlxalq konfrans təşkil edilməsinə dair Ankaranın təklifinə də cavab verməyib:
"Buna rəğmən, Türkiyə hər zaman konstruktiv mövqeyini davam etdirib və adanı silahlandıran güclər bilməlidir ki, Şimali Kipr türklərinin təhlükəsizliyi, həm də Türkiyənin təhlükəsizliyi deməkdir”.
- Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat
- Bu şəxslərin maaşlarında artım oldu
- Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur
- İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev
- Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN
- Heç kim yaşamaq istədiyi həyatı yaşamır
- ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski
- Əli Kərimlidən sonra növbə kimindir?