Əsas səbəbin nə olduğunu bilmirəm, bunu zaman göstərəcək. Biz yalnız fərziyyə irəli sürə bilərik. Məncə, Bakının Vaşinqton görüşünü təxirə salmaq xahişinin səbəbi İlham Əliyevin Ərdoğanla görüşüdür. Əliyevin Ərdoğanla məsləhətləşmələrindən sonra Vaşinqton görüşü reallaşacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın sabiq baş naziri, parlamentin keçmiş sədri Xosrov Arutyunyan 12 iyunda ABŞ-da keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün Bakının xahişi ilə təxirə salınmasını şərh edərkən deyib.
O bildirib ki, Azərbaycanın ABŞ-ın təşəbbüsünü rədd etdiyi və görüşdən-danışıqlardan çəkildiyini demək olmaz:
“Azərbaycan görüşdən imtina etməyib, onu təxirə salmağı xahiş edib. Bunlar ayrı-ayrı şeylərdir”.
Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və anklavları da geri verməyə hazır olduğu barədə danışan Arutyunyan qeyd edib ki, bu, görünür, İrəvanın iradəsi xaricindədir:
“Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsini Nikol Paşinyanın açıqlamalarının ardıcıllığını izləməklə anlamaq olar. Bu ardıcıllığı izləyəndə biz görürük ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi görmək üçün bütün hüquqi əsaslar var, əksi mümkün deyil. Məncə, Paşinyan bunu istəmir, ancaq beynəlxalq hüquq sübut edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir”.
- Sərnişinləri ödənişsiz avtobuslar daşıyacaq - Sel dəmiryolunu bu hala qoydu
- Qax–Balakəndə sel: qatarların hərəkəti məhdudlaşdırıldı
- Elvin sabahkı matçda oynayacaq? - Açıqlama
- Biləsuvarda güclü qum burulğanı... - Video
- YAP-ın təşkilat sədri saxlanıldı - Xaçmazda əməliyyat
- Bu üç rayonda subasma fəsadlarının qarşısı alınır - Video
- ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir!
- Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!