Aktyor Elcan Rəsulov Xırdalandakı 1 nömrəli məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müdafiəçiləri sırasına qoşulub.
Kult.az xəbər verir ki, o, İnstaqram hesabında paylaşım edərək, valideynlərin müəlim üçün qızıl aldırmasını böhtan adlandırıb:
“Çox təəssüf edirəm, bəzən cəmiyyət bilib-bilmədən kimisə və ya nəyisə qınayır. Türklər demişkən, çox önyarğılı olmuşuq. O qulağına sırğa taxılan müəllimənin videosunu gördüm. Bəlkə də, bu yaşınadək müəllimənin qulağına taxılan ilk qızıl sırğadır. Bəlkə də, elə 4 il ərzində valideynlər heç vaxt qulağında sırğa, barmağında üzük olmayan müəllimənin bu vəziyyətini görüb, öz aralarında danışıblar ki, bir buket gül qiymətinə qızıl sırğa alıb qulağına taxsaq, dünyanı vermiş olarıq.
Bu qənaətə hardan gəlirəm? Sizə deyəcəm. Əslində mən bu cür sirr açmağı sevmirəm, bəlkə də, bu yazını görəndən sonra o özü də pis olacaq ki, kaş ki, Elcan bunu yazmazdı. Bayaq dostların söhbətində qulaq şahidi oldum ki, həmin müəllimə incəsənət sferasına yaxından tanış olan Faiq Ağamalıyevin anasıdır.
Yaxın dostluq münasibətim olmasa da, Faiqi 20 ilə yaxındır tanıyıram. Qış aylarında, yəni serial mövsümündə ssenarist işləyir, yay da gələn kimi başını götürüb bölgələrdəki istirahət mərkəzlərinə gedib animator işləyir, ailəsini dolandırır. O qədər abırlı uşaqdır ki, ailə tərbiyəsinin ən bariz nümunələrini özündə cəmləşdirib desəm, az olar.
Bəlkə də o, evdə heç vaxt “rüşvət” sözünü eşitməyib. Bir də abırlı adam baxan kimi bilinir. Rüşvət girən ev də, o evdən çıxan uşaq da uzaqdan bilinir, belə şeyləri gizlətmək olmaz. Anası ən azından övladının altına rüşvət pulu ilə sınıq bir maşın alıb qoyardı. Amma ki, Xırdalana gedən bütün avtobuslar Faiqi yaxşı tanıyır.
Həqiqətən çox pis oldum. Kaş ki, mən bu söhbətə qulaq şahidi olmazdım. Bu balaca sirləri də burada açmazdım. Bir anlıq da təsəvvür elədim, o cür abır -həya sahiblərinin belə şərə düşməsini. İnsanın ürəyi dayanar, hamıdan xəbərsiz… Bilmədən günahkar olarıq.
Bir də ki, vallah müəllimə mənim övladıma yaxşı təhsil versin, mən elə hədiyyənin ən yaxşısını ona alaram.
Həm də uşağı sinfə qoyanda verilən hədiyyə rüşvət sayılar, uşaq sinfi bitirəndə yox? Axıra qədər oxuyanlar üçün məhz bu şəkli niyə paylaşdığımı deyim: Əlimdəki gül dəstəsini, məktəbə gedəndə müəlliməm üçün almışdım”.
Посмотреть эту публикацию в Instagram
Публикация от Elcan Rəsulov (@elcanofficial)
Tarix2023.06.13 / 16:08 MüəllifKult.az ŞərhlərDigər xəbərlərKULTXəbər xətti![]()
Bəlkə qulağına taxılan ilk qızıl sırğa idi...
16:08![]()
Əsədovdan Energetika Nazirliyi ilə bağlı qərar
16:04![]()
Birinci xanımlar İçərişəhərdə - Foto
15:58![]()
Rus ordusu “Leopard” və “Bradley”ləri ələ keçirdi
15:55![]()
Bu qərar taksilərə aid edilməyəcək – Rəsmi
15:49![]()
Əliyevin tapşırığı: Ordumuz erməniləri qorxuya saldı
15:43![]()
Mobil cihazların qeydiyyatı qaydası dəyişdi
15:39![]()
Gündüz Abbaszadə “Qarabağ”dan getdi
15:34![]()
Dünya gözləyirdi, Ərdoğan Bakıdan bu mesajları verdi
15:30![]()
İlham Əliyev və xanımının bu mərasimdə iştirakı... - Ərdoğan
15:28![]()
Şuşa Bəyannaməsi tarixi anlaşmadır - İlham Əliyev
15:23![]()
Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edir
15:20![]()
Azərbaycan şəhərində etiraz: bazar bağlandı
15:15![]()
İrandakı səfirliyimiz fəaliyyətini bərpa edib? - Rəsmi
15:09![]()
Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması...
15:03![]()
Zəngəzur dəhlizinin açılması qaçılmazdır - Prezident
14:58![]()
Müharibədə ölən rus generalların sayı...
14:54![]()
Azərbaycanda hər ailədə 5 uşaq olsun - Ərdoğan
14:48![]()
Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
14:43![]()
Ermənilər Qarabağda yenə silah daşıyır – Yeni video
14:42![]()
Ermənilər Kəlbəcərdə traktoru atəşə tutdu
14:37![]()
Bir millət vəkili tapılmadı nazirimizə deyə ki...
14:30![]()
Ukrayna Mariupola yaxınlaşır: ruslar təhlükədə
14:27![]()
SOCAR-ın zavodunda yanğın: xəsarət alan var
14:20![]()
Əliyevlə Ərdoğanın geniş tərkibdə görüşü keçirildi
14:15![]()
Ərdoğanın ilk dövlət səfərini Azərbaycana etməsi... - Deputat
14:10![]()
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
14:04![]()
Almaniya Ukraynaya daha 100 “Leopard” göndərir
14:00![]()
Sərhədimizi pozmaq istəyən əcnəbilər saxlanıldı
13:53![]()
“Marqara” keçid məntəqəsi gələn ay açılır?
13:48BUTA.TV'da reklam Bağla
Bize yazin Bağla
- Azərbaycan diplomatları Xankəndidə toplaşır
- Müşavirədə Ermənistanla demarkasiya planları müzakirə edildi
- Azərbaycanda əsgərlik yaşı dəyişirmi?
- General-polkovnik Xəlil Aslanova 17 il həbs verildi
- İran Rusiyada kəşfiyyatı genişləndirdi: nə əldə etmək istəyir?
- Diplomatlarımıza həbsdəki ermənilər barədə məlumat verildi
- Azərbaycanla danışıqlar aparırıq, hazırıq - Mirzoyan
- Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirildi