Şərqlə Qərb arasında strateji yerə sahibik - Ərdoğan

21:52 - 13 İyun 2023 - GÜNDƏM

 Şərqlə Qərb arasında strateji yerə sahibik - Ərdoğan

Türkiyə və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji bir yerə sahibik.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter səhifəsində qeyd edib.

Ərdoğan bildirib ki, qardaşlığımıza uyğun olaraq ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər hər sahədə əməkdaşlığımız daha da dərinləşəcək:

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək. Biz bu dialoq prosesini İlham qardaşımla (Azərbaycan Prezidenti İlham Əliyev - red.) tam koordinasiya şəraitində həyata keçiririk.

Mən də inanıram ki, biz bu təmasların müsbət nəticələrini yaxın gələcəkdə görəcəyik".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol