Rusiya klubu "Qarabağ"ın daha bir futbolçusuna göz dikdi

00:32 - 14 İyun 2023 - GÜNDƏM

 Rusiya klubu

Rusiyanın "Ural" klubu "Qarabağ"ın futbolçusu Marko Yankoviçi transfer etmək istəyir.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Metaratings.ru saytı məlumat yayıb.

Məlumatda vurğulanıb ki, Yekaterinburq təmsilçisi monteneqrolu yarımmüdafiəçinin keçidi üçün "köhlən atlar"la danışıqlar aparır.

Qeyd edək ki, 28 yaşlı oyunçu Ağdam klubunda 2022-ci ilin yayından çıxış edir. O, "Qarabağ"ın heyətində 40 oyuna 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Son Azərbaycan çempionu daha əvvəl braziliyalı yarımmüdafiəçi Kadi Borgesi Rusiya "Krasnodar"ına satıb.

"Ural" ötən mövsüm Premyer Liqasını 11-ci pillədə başa vurub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol