Putinin Bakıya göndərdiyi yeni səfir kimdir?

13:20 - 14 İyun 2023 - GÜNDƏM

 Putinin Bakıya göndərdiyi yeni səfir kimdir?

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana yeni səfir təyin edib.

BUTA.TV xəbər verir ki, 1959-cu ildə anadan olan Yevdokimov 1981-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib.

1996-1997-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentində şöbə rəisi vəzifəsində çalışıb. 1997-2001-ci illərdə Rusiyanın BMT-dəki və Cenevrədəki Daimi Nümayəndəliyində baş məsləhətçi işləyib.

Mixail Yevdokimov 2011-ci ildə XİN-in MDB ölkələri üzrə Birinci Departamentinin direktoru işləyib və MDB-də (MDB, KTMT, Aİİ) çoxtərəfli əməkdaşlıq məsələlərinə nəzarət edib.

2019-cu ildən 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini alıb.

İngilis və fransız dillərini bilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol