İyunun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Cevdət Yılmaz arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, telefon danışığı əsnasında Ə.Əsədov C.Yılmazı Türkiyənin Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə bir daha təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.
İki qardaş ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.
Türkiyə prezidentinin Azərbaycana son səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətə hazırlıq ifadə olunub.
Eyni zamanda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində görüləcək işlər nəzərdən keçirilib.
- Azərbaycan diplomatları Xankəndidə toplaşır
- Müşavirədə Ermənistanla demarkasiya planları müzakirə edildi
- Azərbaycanda əsgərlik yaşı dəyişirmi?
- General-polkovnik Xəlil Aslanova 17 il həbs verildi
- İran Rusiyada kəşfiyyatı genişləndirdi: nə əldə etmək istəyir?
- Diplomatlarımıza həbsdəki ermənilər barədə məlumat verildi
- Azərbaycanla danışıqlar aparırıq, hazırıq - Mirzoyan
- Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirildi